Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək
22.10.2018 15:47
  • A-
  • A
  • A+

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

Noyabrın 1-də AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək. Tədbirin təşkilində məqsəd elm və biznes arasında dialoqun genişləndirilməsidir.

Biznes foruma AMEA-nın prezidenti, akademik Akif Əlizadə sədrlik edəcək. Alim forum iştirakçılarını maraqlandıran sualları cavablandıracaq, rəhbərlik etdiyi elm ocağının fəaliyyəti, AMEA-nın Yüksək Texnologiyalar Parkının nailiyyətləri barədə ətraflı məlumat verəcək.

Tədbirdə "Caspian European Club" təşkilatının saytında qeydiyyatdan keçmiş beynəlxalq təşkilatların, diplomatik korpusun, dövlət və özəl şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

Qeydiyyat üçün link: http://caspianenergy.org/index.php/az/registration/item/

Biznes forum saat 15:00-da Holiday İnn otelində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: