“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-ci sayı işıq üzü görüb.
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.
Jurnalın bu sayında akademik İsa Həbibbəylinin “Naxçıvan-İslam mədəniyyətinin paytaxtı”, prof. Vidadi Muradovun “Qobustan gündəliyi”, prof. Kübra Əliyevanın “Qafqaz Albaniyasında zoomorf keramika”, i.ü.f.d. Yunus Sadıqovun “Azərbaycanda yunçuluq və xalçaçılıq”, t.ü.f.d. Cavid Bağırzadənin “Gəncə Xalça-Çahud Kombinatı”, t.ü.f.d. Ramil Ağayevin “Ərəb xilafəti dövründə Azərbaycanın hüdudları və əhalisi ibn Xəldunun təsvirində”, t.ü.f.d. Yaşar Rəhimovun “Duzdağın 1901-1907-ci illər tarixinə dair”, Toğrul Xəlilovun “Naxçıvanda qalaların yayılma arealı” və s. məqalələr yer alıb.
Nəşrin baş redaktoru Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.