Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı 6 şagird təmsil edəcək
30.10.2018 12:08
  • A-
  • A
  • A+

Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı 6 şagird təmsil edəcək

2-11 dekabr tarixlərində Botsvana Respublikasında Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadası (İJSO-2018) keçiriləcək.

Olimpiadada Azərbaycanı Murad Bəşirov, Sirac Yəhyazadə (Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya), Xanım Yaqublu, Əjdər Fərzullazadə (Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyi), Sədiyar Qafarov (Kimya-biologiya təmayüllü respublika liseyi) və Məhəmməd Yusifov (Fizika-riyaziyyat və İnformatika təmayüllü lisey) təmsil edəcəklər.

Qeyd edək ki, bu il sentyabrın 29-da reallaşan ilkin seçim imtahanında uğur qazanan 35 şagird üçün oktyabr ayı ərzində dərslər keçirilib. Oktyabrın 28-də isə ikinci seçim imtahanı təşkil olunub. İmtahan beynəlxalq proqrama uyğun test və açıq tipli tapşırıqlardan ibarət olmaqla iki mərhələdə keçirilib. Seçim imtahanının yekun nəticələri olimpiada.edu.az saytında elan edilib.

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil edilən elm yarışıdır. Azərbaycan məktəbliləri 2004-cü ildən etibarən bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: