Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.10.2018 16:19
  • A-
  • A
  • A+

AMEA-nın Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə istehsal etdiyi hərbi təyinatlı cihazlar yüksək texniki göstəriciləri ilə seçilib

AMEA-nın Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə istehsal etdiyi hərbi təyinatlı cihazlar yüksək texniki göstəriciləri ilə seçilib

Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimi izləyiblər. Hərbi təlimdə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları da iştirak ediblər.

Təlimdə AMEA-nın Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladıqları “İldırım RP-10” radiopartladıcısı, “Sərhəd Sipər Sistemi” və digər hərbi təyinatlı cihazlara baxış keçirilib. Adıçəkilən cihazların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.

Qeyd edək ki, “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3,5 min metr məsafədə, birbaşa görüntülü ərazidə isə 7 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirərək mərkəzə məlumat ötürür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: