Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası yaradılıb
01.11.2018 13:46
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası yaradılıb

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.4.1. yarımbəndində “Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” nəzərdə tutulub.

Dövlət Proqramının icrası məqsədilə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası yaradılıb və rəhbərlik filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyevaya həvalə olunub.

Laboratoriyada kriminalistikada istifadə olunan fonoskopik araşdırmalar, səs biometriyası ilə bağlı tədqiqatlar, informasiya təhlükəsizliyində yeni nitq texnologiyalarının tətbiqi, nitqin parametrik və hibrid sintezi, fonetik amillər nəzərə alınmaqla etnolinqvistik və psixolinqvistik araşdırmalar aparılacaq.

Xatırladaq ki, Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyasının yaradılması ilə bağlı qərar oktyabrın 24-də AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclasında qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: