Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mişov dağı” jurnalının növbəti 21-ci nömrəsi işıq üzü görüb
01.11.2018 14:43
  • A-
  • A
  • A+

“Mişov dağı” jurnalının növbəti 21-ci nömrəsi işıq üzü görüb

Tehranda Mişov Mədəniyyət Mərkəzi tərəfindən çap olunan “Mişov dağı” jurnalının növbəti 21-ci nömrəsi işıq üzü görüb. Jurnal 20 ildən çoxdur ki, latın və əski (ərəb) əlifba ilə Azərbaycan və farsca çap olunur.

Nəşrin yeni nömrəsi Azərbaycan mətbuatında jurnal haqqında yazılmış qısa xəbərlərin təqdimatı ilə başlayıb.

Jurnalın 21-ci nömrəsi görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərə həsr edilib. İlk səhifələrdə Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam təqdim edilib. Eyni zamanda, jurnalın bu nömrəsində “Hər oxuyan Molla Pənah olmaz”, “Hüseyn Cavid”, “Şah İsmayıl”, “Göy məscid” və digər sərlövhəli yazılar dərc olunub.

Geniş oxucu kütləsinin rəğbətini qazanan jurnalın son nömrəsində Ukrayna şairi, yazıçısı, rəssamı Taras Şevçenko haqqında məlumat və onun poeziyasından nümunələr də yer alıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “M.P.Vaqifin həyat və yaradıcılığı” monoqrafiyası, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun “Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi azərbaycançılıq ideologiyasının təntənəsidir” elmi-publisistik məqaləsi, Abdulla Şaiqin, Zərəngiz Dəmirçi Qayalının uşaq şeirləri nəşrin bu nömrəsində oxuculara təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: