Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Akif Əlizadə: “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”
02.11.2018 15:12
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə: “Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”

“Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub”.

Bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Göyçay şəhərində keçirilən “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransında deyib.

Akademik bildirib ki, dünyada ilk dəfə olaraq alimlərimiz “Azərbaycan gülöyşəsi” nar sortunun genomunu oxuyub və genom məlumatlar ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınıb.

Alim onu da vurğulayıb ki, ilk dəfə olaraq AMEA və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib. Narın respublika üzrə yayılması GIS sistemi ilə öyrənilərək bioekologiyası təhlil edilib, kolleksiyalarda olan nar sort və formalarının müasir üsullarla genetik müxtəlifliyi tədqiq edilərək genetik pasportlaşdırılıb.

A.Əlizadə AMEA-nın "Elm və həyat" jurnalının bir buraxılışının nar bitkisinə dair aparılan tədqiqatlara həsr olunacağını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: