Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyində “Mübarizin yolu” adlı tədbir keçirilib
02.11.2018 15:56
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Mübarizin yolu” adlı tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan “Mübarizin yolu” adlı tədbir keçirilib.

Tədbir muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov çıxış edərək layihənin əhəmiyyətindən danışıb.

Daha sonra Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev şəhid Mübariz İbrahimovun gənclərə nümunə olan döyüş yolundan söz açıb. O, gənclər arasında vətənpərvərlik ruhunun aşılanması və qəhrəmanlarımızın təbliğinin zəruriliyini vurğulayıb.

Sonda 95 saylı Ağdam köçkün məktəbinin şagirdi Nigar Osmanova “Mübariz” adlı şeirini və Səbail rayonu 7 nömrəli tam orta məktəbinin şagirdləri isə “Həyata örnək olanlar” bədii kompozisiyasını ifa ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: