www.science.az
07.11.2018 17:07

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimat mərasimi keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, pro­fessor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları - Natəvan Hüseynova, İradə Ab­dul­la­yeva, Svetlana Novruzova və Şəbnəm Hə­sənli-Qə­ribovanın tərtib etdiyi “İzah­lı dilçilik termin­ləri lüğəti”nin təqdimat mərasimi keçirilib.

Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı əməli tədbirlərin görüldüyünü xatırladıb. Bildirib ki, ölkə başçısı tərəfindən 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam imzalanıb, 9 aprel 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul olunub.

Akademik "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı isə müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı adlandırıb. 

O, dil­çi­lik elminin müasir inkişaf səviyyəsi, bu sahədə yeni-yeni istiqa­mət­lərin təşəkkülü, eləcə də elm­lərin inteqrasiyası və diferensi­ya­sı nəticəsində təzə terminlərin yarandığını söyləyib. Bildirib ki, yeni dilçilik sahə­ləri­nin ya­ran­­ması bu istiqamətdə termin­lərin toplanmasını, on­ların sis­temləş­di­ril­məsini və “İzah­lı dilçilik termin­ləri lüğəti”nin tərtibini zəruri edib. AMEA-nın vitse-prezidenti lüğətin Dilçilik İnstitutunun əməkdaşlarının uzun illər apardıqları tədqiqatlarının bəhrəsi olduğunu deyib.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilmək üçün Nazirlər Kabinetinə göndərildiyini xatırladan alim 2019-cu ildə yeniləşdirilmiş orfoqrafiya lüğətinin ictimaiyyətə tədqim ediləcəyini vurğulayıb. Akademik bununla paralel olaraq, yeni orfoepiya və sinonimlər lüğətlərinin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar - Sayalı Sadıqova, İsmayıl Məmmədli, İsmayıl Kazımov və Qəzənfər Kazımov çıxış edərək kitabın çapının Azərbaycan dilinin saflığının qorunması baxımından önəminə toxunublar. Qeyd olunub ki, lüğət­də el­mi monoqrafiyalarda, tədris işində tez-tez rast gəli­nən 8500 termi­nin definitiv tərifinə, şər­hi­nə geniş yer verilib. Bildirilib ki, lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilib, o cümlədən terminlərin orfo­qra­fiyası müasir ədəbi dilimizin or­fo­qrafiya normalarına uyğun əks olunub. Bundan əlavə, lüğətin tərtibi prosesində - dilin öz daxili im­kanları hesabına yaranan termin­lər, rus dilindən, rus dili vasitəsi ilə baş­qa dillərdən bir­başa alınan terminlər, ingilis dilindən birbaşa alı­nan ter­­minlər və qohum türk dillərindən alınan terminlər əsas götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.