www.science.az
08.11.2018 12:26

Dendrologiya İnstitutunun əməkdaşları Eldar Şamı Dövlət Təbiət Qoruğunda ekspedisiyada olublar

AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları “Azərbaycan dendroflorası” kitabının IV-V cildlərinin hazırlanması məqsədilə Eldar Şamı Dövlət Təbiət Qoruğunda ekspedisiyada olublar.

Alimlər qoruğun Elmi Tədqiqat Mərkəzində peyk və video çəkilişləri edərək, ərazinin təbii dendroflorasının müasir vəziyyətini, nadir və nəsli kəsilməkdə olan növlərini, o cümlədən onların areallarını dəqiqləşdiriblər.

Ekspedisiya zamanı 24 bitki növündən 70 herbari və 12 növ toxum nümunəsi toplanaraq fonda əlavə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.