Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik Akif Əlizadə AMEA-nın Xəzərdə həyata keçirilən elmi-tədqiqat layihələrindən danışıb
12.11.2018 09:16
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə AMEA-nın Xəzərdə həyata keçirilən elmi-tədqiqat layihələrindən danışıb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə TellMann tok-şouya videomüsahibə verib.

Müsahibədə akademik A.Əlizadə öz həyat və fəaliyyəti, AMEA-nın Yüksək Texnologiyalar Parkının uğurları, yeni nəsil alimlərin hazırlanmasında və inkişafında fəal rolu, akademiya çərçivəsində aparılan gender siyasəti, Xəzərdə həyata keçirilən böyük elmi-tədqiqat layihələri və ölkə ərazisində yeni muzeylərin yaradılması barədə danışıb. Alim, eyni zamanda, dərsliklərə, ümumilikdə orta və ali təhsil müəssisələrində tədris proqramına münasibətini bildirib, həmçinin bu istiqamətdə AMEA-nın Təhsil Nazirliyi ilə birgə planlarından bəhs edib.

Videomüsahibəni www.TELLMANN.show linki vasitəsilə izləmək olar.

TellMann tok-şounun müəllifi və aparıcısı “Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. Tok-şou “Caspian European Club”ın “Narimanfilm” kinostudiyası və “Gate 25”in iştirakı ilə birgə layihəsidir.

TellMann tok-şounun yaradıcı kollektivi layihədə sponsor tərəfdaş və ya reklamverici qismində iştirak etmək istəyən şirkət və təşkilatları əməkdaşlığa dəvət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: