Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək
13.11.2018 13:34
  • A-
  • A
  • A+

Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək

15 noyabr 2018-ci il tarixində saat 11:00-da AMEA Fəlsəfə İnstitutunda “Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. 

Fəlsəfə İnstitutunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbir Ümumdünya Fəlsəfə Gününə həsr olunacaq.

Azərbaycan, Türkiyə, Rusiya, İtaliya və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak edəcəyi beynəlxalq konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 115 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: