www.science.az
14.11.2018 08:50

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Əliyev Adil Abas Əli oğlu

“Tərəqqi” medalı ilə

Abdullayeva Rasimə Rəşid qızı

Biryukova Larisa Nikolayevna

Rzayev Azay Qurbətoviç

Vəliyev Zəki Abdulla oğlu

Vəliyeva Vəsilə Aslan qızı

Zöhrabova Vəcihə Ramazan qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2018-ci il.