Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Reyhan Camalova dünyanın 100 ən nüfuzlu qadını siyahısında
19.11.2018 16:35
  • A-
  • A
  • A+

Reyhan Camalova dünyanın 100 ən nüfuzlu qadını siyahısında

BBC dünyanın hər yerindən 100 ən nüfuzlu qadının daxil olduğu siyahını təqdim edib. “BBC 100 Qadın - 2018” (“BBC 100 Women - 2018”) adlı siyahıda azərbaycanlı gənc ixtiraçı Reyhan Camalovanın da adı yer alıb.

Xatırladaq ki, R.Camalova 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova “Rainergy” adlı layihəsi ilə “Forbes” jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına daxil olub.

www.bbc.com saytının məlumatında bildirilir ki, “BBC 100 Qadın - 2018” siyahısına 60-dan çox ölkədən 15-94 yaşa qədər olan, müxtəlif sahələrdə yüksək nailiyyətləri ilə fərqlənən lider qadınlar daxildir. BBC hər il bu kimi qadınların adlarını xatırlatmaqla yanaşı, həm də onların hekayələrini dünya ictimaiyyəti ilə paylaşır.

Məlumatda qeyd olunur ki, 2018-ci il bütün dünyada qadınların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli il olmuşdur. Bu səbəbdən, “BBC 100 Qadın” cari ildə öz ətrafında real dəyişikliklərə can atan yenilikçi qadınları əks etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: