Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dərman bitkilərindən səmərəli istifadə qaydaları” kitabı çap olunub
20.11.2018 12:30
  • A-
  • A
  • A+

“Dərman bitkilərindən səmərəli istifadə qaydaları” kitabı çap olunub

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, professor Əliyar İbrahimov və həmin şöbənin aparıcı elmi işçisi, biologiya elmləri doktoru Fatmaxanım Nəbiyevayanın həmmüəllifi olduqları “Dərman bitkilərindən səmərəli istifadə qaydaları”adlı kitab işıq üzü görüb.

Akademik Tariyel Talıbovun elmi redaktoru olduğu yeni nəşr Naxçıvan Muxtar Respublikasının zəngin dərman bitkilərinə və onlardan səmərəli istifadəyə həsr olunub.

Kitabda dərman bitkilərinin müalicəvi əhəmiyyəti, yayılması, perspektiv növləri, bioekoloji, fitosenoloji xüsusiyyətləri, elmi və xalq təbabətində fitoterapiya, etnobotaniki, aromaterapiya üsulları ilə istifadə olunması əksini tapıb. Əsas diqqət dərman bitkilərindən düzgün və uzunmüddətli istifadə imkanlarına yönəlib. 

“Dərman bitkilərini tanıyaq” başlığı altında foroşəkillər, həmçinin dərman bitkilərinin nə vaxt və hansı hissələrinin toplanması cədvəli göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: