Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qazaxıstanlı qonaq Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
23.11.2018 10:46
  • A-
  • A
  • A+

Qazaxıstanlı qonaq Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib

"Qazaxıstan Neft və Qaz İnstitutu" Səhmdar Cəmiyyətinin baş direktorunun müşaviri, prof. Jaksıbek Kuleekeev AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Qazaxıstanlı qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub.

Daha sonra o, muzeyin ekspozisiya zalları, Azərbaycan tarixinə aid nümayiş etdirilən maddi mədəniyyət nümunələri ilə yaxından tanış olub. Buradakı eksponatlar J.Kuleekeevdə zəngin təəssürat yaradıb.

Qonaq Azərbaycan və Qazaxıstan arasındakı tarixi, elmi-mədəni əlaqələrin davamını arzu edib.

Sonda prof. J.Kuleekeevə muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: