Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fond MEK-də yerləşir
29.11.2018 11:02
  • A-
  • A
  • A+

Kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fond MEK-də yerləşir

Azərbaycanda kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fond olan İxtisas fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yerləşir.

1965-ci ildə görkəmli kitabxanaşünas-alim, MEK-in sabiq direktoru, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sədr müavini olmuş Rasim Kazımovun təşəbbüsü və rəhbərliyi ilə yaradılan fondda 14183 nüsxə sənəd saxlanılır.

Fondda R.Kazımovun şəxsi kitab kolleksiyası (282 nüsxə), kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq ixtisasına dair kitablar (3589 nüsxə) və jurnallar (728 nüsxə), biblioqrafik mənbələr (9584 nüsxə) mühafizə olunur. Sənədlərdən 10316 nüsxəsi MEK-in müəllifi olduğu elektron kataloqa (Vahid İdarəetmə Sistemi) daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: