Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.11.2018 15:55
  • A-
  • A
  • A+

AMEA-nın Zoologiya və Dendrologiya institutları birgə tədqiqatlar aparacaq

AMEA-nın Zoologiya və Dendrologiya institutları birgə tədqiqatlar aparacaq

Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Dendrologiya İnstitutunda olub. 

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşdə gələcəkdə birgə çoxsaylı innovativ layihələrin həyata keçirilməsi barəsində fikir mübadiləsi aparılıb. Birgə tədqiqatlar zamanı bitkilərin entomoloji obyektlərdən mühafizəsində müasir elmi innovativ yeniliklərdən istifadənin zəruriliyi vurğulanıb.

Daha sonra qonaqlar institutun Bitkilərin mühafizəsi laboratoriyasında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: