Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliyində torpaq mühitinin qorunması” adlı monoqrafiya çap olunub
30.11.2018 11:24
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliyində torpaq mühitinin qorunması” adlı monoqrafiya çap olunub

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Torpaq Ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev və Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının əməkdaşı Leyla İbrahimovanın həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliyində torpaq mühitinin qorunması” adlı monoqrafiya işıq üzü görüb.

Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan nəşrdə Arazboyu düzənliyi torpaqlarının eko-coğrafi qiymətləndirilməsinin nəzəri, metodiki və metodoloji xüsusiyyətləri, regionun torpaq fondunun müasir istifadə vəziyyəti, coğrafi yayılması, münbitliyinin pozulmasına təsir edən mənfi təbii və antropogen amillər və onların aradan qaldırılması yolları işıqlandırılıb.

Müəlliflərin apardıqlar tədqiqatların nəticələrini özündə əks etdirən və çoxsaylı cədvəllərin yer aldığı monoqrafiyada Arazboyu düzənliyində torpaq mühitinin qorunması və artırılması üçün istiqamətlər müəyyənləşdirilib, bir neçə tövsiyə və təkliflər verilib.

Arazboyu düzənliyində əkinəyararlı ərazilərdə torpaqların münbitliyinin qorunması, bərpası, artırılması ilə əlaqədar hazırlanan yeni nəşr nəzəri və praktiki cəhətdən olduqca dəyərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: