Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

03.12.2018 10:49
  • A-
  • A
  • A+

Akademik Muxtar İmanov Bakı Mühəndislik Universitetinin tələbələrinə ustad dərsi keçib

Akademik Muxtar İmanov Bakı Mühəndislik Universitetinin tələbələrinə ustad dərsi keçib

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Mühəndislik Universitetinin Filologiya fakültəsinin müəllim və tələbə heyətinə “Xalq gülüşü” mövzusunda ustad dərsi keçib.

Xalq gülüşünün poetikası, folklorda ciddilik və komizm kimi məsələlərlə bağlı M.İmanovun nəzəri fikirləri böyük maraqla qarşılanıb, geniş diskussiyaya səbəb olub.

Sonda institut direktoru ona ünvanlanan çoxsaylı sualları cavablandırıb. 

Qeyd edək ki, bu cür dərslər tələbələrin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsində mühüm rol oynayır, həmçinin AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: