Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Nüvə elmləri və texnologiyaları: inkişafın müasir və yeni məsələlərinin həlli” mövzusunda konfransı keçirilib.
Dünyanın 60 ölkəsindən nazirlərin iştirak etdiyi tədbirdə ölkəmizi AR Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik Adil Qəribov, həmin mərkəzin Sterilizasiya Kompleksinin rəisi Zaur Xəlilov, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov təmsil ediblər.
Konfransda 2030-cu ilə qədər dayanıqlı inkişaf sahəsində ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsində nüvə elmləri, texnologiyaları və innovasiyalarının mühüm rolu, müasir vəziyyət və perspektivdəki uğurları geniş müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.