Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” adlı tədbir keçirilib
10.12.2018 15:33
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” adlı tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında məlumat verib. Bildirib ki, təqribən 35 il Azərbaycan dövlətinə başçılıq etmiş bu qüdrətli, dahi rəhbər özünəməxsus xüsusiyyətləri ilə seçilmiş, dünya siyasət məkanında əvəzsiz yer tutmuşdur.

Qeyd edilib ki, Azərbaycan ulu öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçib. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 47 il keçməsinə baxmayaraq, xalqımız dahi şəxsiyyətin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ümummillli lider Heydər Əliyevin “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” sözlərini xatırladaraq, ulu öndərin misilsiz xidmətlərindən danışıb. Ümummilli liderin milli dövlətçilik ənənələrimizin dirçəldilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri tarixi faktlarla iştirakçıların diqqətinə çatdıran Musa Quliyev qeyd edib ki, hər zaman milliliyə xüsusi diqqət yetirən Heydər Əliyevin uzaqgörənliyi, güclü iradəsi və müdrik siyasəti sayəsində Azərbaycan, o cümlədən Naxçıvan əzəmətlə inkişaf edir və bu gün də etməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: