Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.12.2018 09:20
  • A-
  • A
  • A+

AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları əməkdaşlığa başlayır

AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları əməkdaşlığa başlayır

AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HETİ) arasında birgə elmi-texniki əməkdaşlığa dair üçtərəfli, GEİ ilə HETİ arasında isə ikitərəfli müqavilə imzalanıb.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında baramaçılıq və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq imzalanan müqavilələrdə tərəflərin baramaçılıq və ipəkçilik, o cümlədən kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının öyrənilməsi sahəsində birgə elmi-tədqiqatların aparılmasında, habelə elmi-pedaqoji, digər fəaliyyət sahələrində birgə əməkdaşlığı nəzərdə tutulur.

Müqavilələri GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Aqrar Elm və İnnovasiya Mərkəzi BETİ-nin direktoru, baytarlıq üzrə fəlsəfə doktoru Sialə Rüstəmova və HETİ-nin direktoru, dosent Mahir Hacıyev imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: