Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutu “Manuscripts” jurnalının yeni sayını əldə edib
13.12.2018 10:01
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu “Manuscripts” jurnalının yeni sayını əldə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna Beynəlxalq Əlyazmalar Cəmiyyətinin “Manuscripts” (“Əlyazmalar”) jurnalının növbəti sayı daxil olub.

Jurnalıın bu nömrəsində dünyanın müxtəlif tarix muzeylərində mühafizə olunan əlyazmalar və nadir kitablar haqqında foto-sənədli məlumatlar verilib, şəxsi kolleksiyalarda mövcud olan qədim əlyazmaların qorunması, nümayişi və hərracı məsələlərinə toxunulub. Bundan əlavə, Orta əsr əlyazmalarından bəhs edən əsərlərin biblioqrafiyası əksini tapıb.

Qeyd edək ki, Əlyazmalar İnstitutu 2018-ci ilin yanvar ayından etibarən baş qərargahı ABŞ-da yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyətinin tamhüquqlu üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: