Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunun 60 illik yubileyinə həsr edilən kitab çap olunub
14.12.2018 11:47
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun 60 illik yubileyinə həsr edilən kitab çap olunub

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən bu elm müəssisəsinin 60 illik yubileyinə həsr olunan kitab işıq üzü görüb.

“AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 60 ildə” adlı nəşrin redaksiya heyətinə akademiklər - Gövhər Baxşəliyeva, Şahin Mustafayev, filologiya üzrə fəlsəfə doktorları - Səbinə Səlimova, Ruhəngiz CümşüdlüVüqar Məmmədov daxildirlər.

Vəsaitdə Şərqşünaslıq İnstitutunun elmi tədqiqat işləri, təşkil etdiyi konfrans və simpoziumlar, müəssisənin beynəlxalq əlaqələri, xarici ölkələrin akademik qurumları ilə bağladığı sazişlər və s. barədə oxucuya məlumat verilir.

Nəşrin sonunda müəssisədə 60 il ərzində dərc olunmuş monoqrafiya və kitabların, məqalə toplularının siyahısı təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: