www.science.az
17.12.2018 17:05

“Hüseyn Cavid poeziyasından incilər” qiraət müsabiqəsinə yekun vurulub

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının tələbə və şagirdlər üçün elan etdiyi “Hüseyn Cavid poeziyasından incilər”mövzusunda qiraət müsabiqəsinə yekun vurulub.

Müsabiqənin keçirilməsində məqsəd görkəmli dramaturq Hüseyn Cavidin irsini təbliğ etmək, ədibin yaradıcılığını gənc nəslə öyrətməkdir.

Müsabiqə çərçivəsində göndərilən qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndirilərək ilk 5 şagird finala vəsiqə qazanıb. Onların canlı ifası dinlənilərək qaliblər müəyyənləşdirilib.

Qaliblər diplom və kitablarla mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.