Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib
18.12.2018 15:54
  • A-
  • A
  • A+

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib

Amerikalı astranomlar Günəş sistemindən ən uzaq məsafədə yerləşən planet tapıblar. Obyekt Havayada yerləşən 8 metrlik Subaru teleskopunun köməyi ilə aşkar edilib.

www.gazeta.ru saytı xəbər verir ki, 2018 VG18 və ya "Farout" ləqəbi ("uzaq" - ingilis dilindən) ilə adlandırılan yeni planet Günəşdən təxminən 120 astronomik vahid məsafəsində yerləşir.

Cırtdan planet uzaqda yerləşdiyindən yavaş hərəkət edir və obyektin Günəş ətrafındakı orbital dövrü 1000 ilə bərabər olacaq. "Farout"un diametri isə təxminən 500 kilometrdir.

Planetin çəhrayı rengi onun tərkibində yüksək miqdarda buz kütləsi olduğunu göstərir.

  • Paylaş: