Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki, Ağdaş və Göyçay rayonlarında kompleks torpaq tədqiqatları aparılıb
19.12.2018 14:30
  • A-
  • A
  • A+

Şəki, Ağdaş və Göyçay rayonlarında kompleks torpaq tədqiqatları aparılıb

15-18 dekabr tarixlərində Şəki, Ağdaş və Göyçay rayonlarında AMEA İşlər idarəsi, Yüksək Texnologiyalar ParkıTorpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar institutları (TAİ) və AR Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə kompleks torpaq tədqiqatları aparılıb.

Sözügedən rayonlardakı fermer təsərrüfatlarından götürülən torpaqlarda “Səyyar (mobil) aqrar tədqiqat laboratoriyası” vasitəsilə ilkin aqrokimyəvi analizlər aparılıb, nəticələrə əsasən gələcəkdə həmin sahələrin yaxşılaşdırılması məqsədilə təkliflər verilib.

Qeyd edək ki, növbəti tədqiqatlar Goranboy və Tərtər rayonlarında aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: