Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qafqazşünaslıq İnstitutunun direktoru Bilik Fondunda təcrübə keçən tələbələrin suallarını cavablandırıb
20.12.2018 09:28
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun direktoru Bilik Fondunda təcrübə keçən tələbələrin suallarını cavablandırıb

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri AMEA-nın Qafqazşünaslıq İnstitutunda olublar.

Təcrübəçilər institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı ilə görüşüblər.

Görüşdə M.Qasımlı rəhbərlik etdiyi institutun fəaliyyətindən söz açıb. Bildirib ki, Qafqaz ölkələrində baş verən sosial-iqtisadi, siyasi və digər proseslərin Azərbaycana təsiri, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin regiona dair baxışları, nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması, əməkdaşlığı, beynəlxalq konfranslarda təmsilçilik Qafqazşünaslıq İnstitutunun əsas fəaliyyət istiqamətini təşkil edir.

Azərbaycanın dünyada yüksək nüfuza malik olduğunu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildiyini vurğulayan alim görüş zamanı tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.

Tələbə-alim dialoqu şəklində davam edən görüşdə tələbələrə dövlətin uğurlarını təbliğ etmək tövsiyə olunub.

Sonda Qafqazşünaslıq İnstitutunun ümumi işlər üzrə direktor müavini Şahin Yəhyayev təcrübəçiləri institutun müvafiq şöbələri ilə tanış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: