Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Verilənlərin sanitarizasiyası: müasir vəziyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb
20.12.2018 11:47
  • A-
  • A
  • A+

“Verilənlərin sanitarizasiyası: müasir vəziyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb

“İnformasiya Texnologiyaları” nəşriyyatında “Verilənlərin sanitarizasiyası: müasir vəziyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb.

Yeni nəşrin həmmüəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev və həmin institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevadır. Kitabın elmi redaktoru İTİ-nin şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovdur.

Ekspress-informasiyada verilənlərin sanitarizasiyasının mövcud metod və alqoritmləri, imkanları, məqsəd və vəzifələri araşdırılıb. Kitabda verilənlərin sanitarizasiyasının elmi-nəzəri problemləri analiz olunub, aparat və proqram vasitələrinin iş prinsipi şərh edilib, eləcə də bu sahədə mövcud yanaşmalar, hüquqi mexanizmlər və standartlar təhlil olunub.

Ekspress-informasiyada mövcud aktual problemlərin həlli ilə əlaqədar bir sıra təklif və tövsiyələr irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: