www.science.az
20.12.2018 17:24

Elmi irs mərkəzi Ukrayna Milli Elmlər Akademiyasının müvafiq qurumları ilə əməkdaşlıq edir

AMEA Rəyasət Heyəti aparatının Elmi irs mərkəzi Ukrayna Milli Elmlər Akademiyasının (UMEA)  müvafiq qurumları ilə əlaqələrini genişləndirir.

Bu yaxınlarda mərkəz tərəfindən "Azərbaycan Milli Elmlər Akademiyasının tarixi" adlı kitab-albom və “AMEA prezidentləri” adlı monoqrafiya UMEA-nın Beynəlxalq şöbəsinin müdiri A.Mirançuka təqdim olunub.

Eyni zamanda, bu il Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının və bu qurumun rəhbəri, AMEA-nın fəxri üzvü, akademik Boris Patonun 100 illik yubileyləri ilə bağlı çap olunan yeni nəşrlər Elmi irs mərkəzinə göndərilib.

Həmçinin mərkəzin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyevanın Ukrayna Milli Kitabxanasının Arxiv Araşdırmaları İnstitutunun direktoru, UMEA-nın müxbir üzvü Lyubov Dubrovina ilə apardığı danışıqlar nəticəsində iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.