Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb
24.12.2018 10:34
  • A-
  • A
  • A+

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalda ilk olaraq Şərqşünaslıq İnstitutunun əməkdaşlarına fəxri adlar, orden və medallar verilməsinə dair ölkə başçısının sərəncamları dərc olunub. Sonra akademik Gövhər Baxşəliyevanın bu yaxınlarda 60 illik yubileyini qeyd etmiş Şərqşünaslıq İnstitutunun keçdiyi şərəfli yoldan bəhs edən “60 ilin elm ocağı” adlı məqaləsi təqdim edilib. Jurnalda akademik Şahin Mustafayevin “Osmanlı təhrir dəftərlərinin Azərbaycanın orta əsrlər sosial-iqtisadi tarixinin öyrənilməsində önəmi”, f.ü.f.d. Barat Osmanovanın “Azərbaycan mühacirlərinin matəm günü”, f.ü.f.d. Vüqar Məmmədovun “Şərq dillərinin son 10 ildə öyrənilməsinə dair”, t.ü.f.d. Əmmar Abbasovun “Erkən islam tarixindən bəzi məqamlar”, f.ü.f.d. Zenfira Şıxəlibəylinin “Çinin qloballaşma dövründə Asiya-Sakit Okean regionunda rolu” və digər məqalələrlə tanış olmaq olar.

Nəşrdə, həmçinin Tacikistan Respublikası barədə geniş məlumatı əks etdirən məqalə, akademik Gövhər Baxşəliyevanın Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Əl-fəcr” qəzetində dərc edilmiş müsahibəsi, Şərqşünaslıq İnstitutunda son aylarda nəşr edilən kitablar və keçirilən tədbirlər barədə məlumat təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: