Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Axtarışlar” jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb
24.12.2018 14:16
  • A-
  • A
  • A+

“Axtarışlar” jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb.

İldə dörd dəfə geniş oxucu kütləsinə təqdim olunan jurnalın növbəti sayında Naxçıvan Bölməsinin, AMEA-nın ƏdəbiyyatFolklorDilçilikMemarlıq və İncəsənət institutlarının, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, İstanbul Mədəniyyət Universitetinin  və digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların müxtəlif sahələri əhatə edən tədqiqat materialları işıqlandırılıb.

Jurnalda çoxsaylı oxucuların maraqları nəzərə alınaraq bir neçə məqalənin tərcüməsinə də yer verilib.

Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik, Sənətşünaslıq, Tarix və Biblioqrafiya bölmələrində "Araz-Türk Respublikası", "Naxçıvan dialekt və şivələrinin öyrənilməsində yeni səhifə", "Rus ədəbiyyatından tərcümələr və burada Azərbaycan dilinin yeri", "Siyasi rejim və idarəetmə sistemlərinə bədii münasibətin ifadə üsulları", "Naxçıvanda memorial muzeylər", "Azərbaycan xalçaları və ona qarşı erməni iddiaları", "Naxçıvanda heykəltəraşlığın inkişafı" və bu kimi 30-dan çox tədqiqat əsəri çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: