Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Sələflər və xələflər” mövzusunda Beynəlxalq konfrans keçiriləcək
01.08.2014 00:00
  • A-
  • A
  • A+

“Sələflər və xələflər” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

22-25 oktyabr 2014-cü il tarixlərdə Bakıda AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunmuş “Sələflər və xələflər” mövzusunda birinci Beynəlxalq konfrans keçiriləcək.

İki ildən bir keçirilməsi planlaşdırılan konfransın əsas məqsədi türk dünyasının görkəmli dilçi alimlərini xatırlamaq və onların məşğul olduqları problemlərdən bəhs etməklə, onları yeni nəslə tanıtmaqdır. Bu unudulmaz şəxsiyyətlərin adı ilə türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçi mütəxəssisləri bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əməkdaşlığı genişləndirmək də konfransın məqsədləri sırasına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: