Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2018 11:08
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbədə 2019-cu ildə görüləcək işlərə həsr olunan seminar-məşğələ keçirilib

İkinci xüsusi şöbədə 2019-cu ildə görüləcək işlərə həsr olunan seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində 2019-cu ildə görüləcək işlərə həsr olunan seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri və akademiyanın Tədbirlər Planına əsasən təşkil olunduğunu bildirib.

O, FHN tərəfindən 2019-cu il üçün Mülki Müdafiə Tədbirlər Planının tərtib olunaraq İkinci xüsusi şöbəyə göndərildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sənədə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri tərəfindən illik tədbirlər planı hazırlanmalı və növbəti il yanvar ayının 15-ə kimi FHN-in yerli rayon şöbələrinə göndərilməlidir.

E.Quliyev, həmçinin MM üzrə tədris məsələlərinin keyfiyyətinin yaxşılaşdırılması məsələsinə də toxunub, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi barədə müvafiq tapşırıqlarını verib.

Seminarda şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2019-cu il üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri tərəfindən tərtib ediləcək tədbirlər planına dair tövsiyələrini çatdırıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: