Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
28.12.2018 13:09
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, ulu öndər hələ 70-80-ci illərdə xaricdə yaşayan azərbaycanlılarla əlaqə yaradıb, onları vahid ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləyib. Vurğulanıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvanda “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir.

Akademik, həmçinin Dünya Azərbaycanlılarının I, II, III və IV qurultaylarının keçirilməsinin əhəmiyyətindən də bəhs edib.

İ.Hacıyev əsası ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, son illərdə dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsi istiqamətində bütün imkanların səfərbər olunduğunu söyləyib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Milli birlik və həmrəylik” mövzusunda məruzə ilə çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: