Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Konfliktologiya” dərsliyi nəşr olunub
04.01.2019 12:46
  • A-
  • A
  • A+

“Konfliktologiya” dərsliyi nəşr olunub

AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının İctimai-siyasi fənlər kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Müşviq Ramazanovun həmmüəllifi olduqları “Konfliktologiya” adlı dərslik nəşr olunub.

Dərslikdə konfliktologiyanın müstəqil elm kimi təkamülü, əsas konflikt  nəzəriyyələri, konfliktlərin müasir tədqiqat metodları, strukturu, dinamikası, funksiyaları kimi məsələlər əksini tapıb.

Eyni zamanda Azərbaycanın ictimai və elmi fikir tarixində konflikt problemləri tarixi kontekstdə araşdırılıb, konfliktologiyanın metodoloji prinsipləri və onların idarə edilməsi üsulları açıqlanıb.

Dərs vəsaiti DTX-nin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri, həmçinin konfliktologiya kursunu öyrənən digər universitetlərin tələbə və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: