Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutunun magistrantları imtahan verib
07.01.2019 09:41
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun magistrantları imtahan verib

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) magistratura pilləsi üzrə ixtisas fənlərindən qış imtahan sessiyası keçirilib.

İmtahan AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 25 dekabr 2018-ci il tarixli sərəncamına əsasən baş tutub.

NKPİ-nin I kurs magistrantları “Kimyanın müasir problemləri”, II kurs magistrantları isə “Nanohissəciklər katalizator kimi” fənnindən imtahan veriblər. İmtahanlar uğurla başa çatıb.

Qeyd edək ki, institutda təhsil alan I və II kurs magistrantların 2018/2019-cu tədris ili üzrə qış imtahan sessiyası fevralın 2-dək keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: