Yanvarın 8-də saat 14:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli epiqraf alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın 95 illiyinə həsr olunan “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı anım tədbiri keçiriləcək.
Tədbirdə görkəmli alimin Azərbaycan tarixinin öyrənilməsindəki xidmətlərindən söz açılacaq.
Ünvan: Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.