Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
07.01.2019 11:08
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, həmin institutun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova və doktorant Arzu Sadıqovanın türk həmkarları ilə birgə beynəlxalq müştərək tədqiqatlar çərçivəsində həmmüəllifi olduğu məqalə "Thomson Reuters" beynəlxalq bazasında referatlaşdırılmış impakt faktorlu "Archiv der Pharmazie" jurnalında işıq üzü görüb.

Məqalə optiki fəallığa malik olan yeni xromen əsaslı birləşmələrin sintezi, onların molekulyar quruluşunun, antiepileptik, andiapetik və antixolinergik xassələrinin müfəssəl tədqiqinə həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: