Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” işıq üzü görüb
07.01.2019 14:27
  • A-
  • A
  • A+

“Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” işıq üzü görüb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyət üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlının filologiya üzrə fəlsəfə doktorları Abdin Evis Yones Mohamed və Qafar Ocaqlı ilə birgə hazırladıqları “Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” işıq üzü görüb.

Bələdçi xidməti göstərən tərcüməçilər üçün nəzərdə tutulmuş danışıq kitabçası ərəb ölkələrindən gəlmiş turistlərlə ünsiyyəti asanlaşdırmaq məqsədi ilə tərtib edilib. Kitabçadan turizm şirkəti əməkdaşlarının, tarixi məkan, muzey, kafe, restoran, ticarət mərkəzi işçilərinin, nəqliyyat vasitələri sürücülərinin də istifadə etmələri mümkündür.

Nəşrdə turistlərin ehtiyacına cavab verəcək ən zəruri mövzularda tələb olunan işlək söz və ifadələr tematik bölmələr üzrə qruplaşdırılıb. Həmçinin Azərbaycanın coğrafiyası, tarixi və görməli yerləri, zəngin mədəniyyəti, mətbəxi barədə qısa məlumatlar daxil edilib.

Kitabçada Azərbaycanın dövlət və milli bayramları, xüsusi günləri, milli adət-ənənələri ilə bağlı söz və ifadələrin də tərcüməsinə yer verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: