Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb
08.01.2019 09:40
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

AMEA Radiasiya Problemləri İnstitutunda magistrantların 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasında I və II kurslar üzrə “Radiasiya materialşünaslığı” və “Təbii və fizioloji fəal maddələr kimyası” ixtisaslarından imtahanlara başlanılıb.

Sessiyanın ilk imtahanı yanvarın 7-də “Radiasiya materialşünaslığının aktual məsələləri” fənnindən keçirilib.

Magistrantlar sessiya ərzində qeyd edilən ixtisaslar üzrə ümumilikdə 15 fəndən imtahan verəcəklər.

Növbəti imtahanların yanvarın 31-dək keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: