Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib
15.01.2019 16:43
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib. İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” və “Kompüter elmləri” ixtisaslarının hər biri üzrə 1 iddiaçı iştirak edib.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – AMEA-nın müxbir üzvləri - Məsumə MəmmədovaRamiz Alıquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, elmi katib Mədinə Səidova və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: