Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Rəcəb Tayyib Ərdoğan Universitetinin professoru Botanika İnstitutunda olub
28.01.2019 15:57
  • A-
  • A
  • A+

Rəcəb Tayyib Ərdoğan Universitetinin professoru Botanika İnstitutunda olub

Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin əməkdaşı, b.ü.e.d., professor Vaqif Hətəmov AMEA-nın Botanika İnstitutunda olub.

İnstitutun direktoru, akademik Validə Əlizadə ilə görüşdə qonağa müəssisənin tarixi, müasir elmi-tədqiqat istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verilib.

Bundan əlavə, "Azərbaycan Botaniklər Cəmiyyəti" İctimayi Birliyinin fəaliyyətinin bərpası, qarşıya qoyulmuş hədəflər, xaricdə yaşayan botanik həmvətənlərimizin cəmiyyətə cəlb edilməsi və qarşılıqlı görüləcək işlər müzakirə edilib.

Alim sonra institutun Herbari fondu və laboratoriyaları ilə tanış olub, müəssisədə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanların yaradıldığını vurğulayıb.

Qeyd edək ki, V.Hətəmov 1978-1998-ci illərdə Botanika İnstitutunda çalışıb, daha sonra tədqiqatlarını Turkiyədə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: