AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d. Nazim Şükürov AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevlə görüşüb. Əsas məqsəd birgə əməkdaşlığın təşkili və müvafiq istiqamətlərdə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq idi.
Görüşdə texnoloji faydalı model elmi-tədqiqat işinin prototipi nəzərdən keçirilib, bu işin kommersiyalaşdırılması ilə bağlı mərhələli olaraq texniki reqlament, texniki iqtisadi əsaslandırma və s. kimi məsələlərin vacibliyi qeyd olunub.
Həmçinin görüş çərçivəsində innovativ layihənin kommersiyalaşdırılmasına dair bir sıra təkliflər irəli sürülüb, müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.