Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib
29.01.2019 15:28
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib

Yanvarın 29-da AMEA-nın Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib.

Tədbirdə Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun “Eukariot genomlarının transkripsiya statusu və promotorlar: yeni faktlar – yeni təsəvvürlər” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi seminar iştirakçılarına genom və genlər, genomun ekspressiyası, RNT polimerazalar və promotorlar barədə ətraflı məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: