Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Arxaik Uş və Dəxi'nin müasir dilimizdə təzahürü” kitabı işıq üzü görüb
30.01.2019 15:00
  • A-
  • A
  • A+

“Arxaik Uş və Dəxi'nin müasir dilimizdə təzahürü” kitabı işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Rəxşanə Babazadənin “Arxaik Uş və Dəxi'nin müasir dilimizdə təzahürü” adlı kitabı çap olunub.

Alim əsərdə dillərin qarşılıqlı təsiri, sözlərin dildən-dilə keçməsi və yaxud fərqli dillərdə ortaq sözlərin işlənməsinə toxunub. Əsərdə qeyd olunur ki, hər hansı bir dildən başqa dilə keçmiş söz keçdiyi dilin qanunlarına uyğunlaşdıqdan sonra yenidən əcnəbi söz kimi əvvəki dilə qayıda bilir və bu zaman həmin sözün kökü artıq doğma dil üçün arxaikləşmiş, yaxud mənası unudulmuş olur.

Müəllif nəşrdə sözügedən xüsusiyyətin türk və rus dilləri arasında müşahidə edildiyini, bu gün dilimiz üçün yad sayılan “uje” və “daje” sözlərinin əslində genetik yaddaşımızda qorunan “uş” və “dəxi” sözlərinə uyğun gəldiyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: