AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq elmləri doktoru, professor Nazim Cəfərlinin “Müqayisəli hüquqşünaslıq” adlı dərs vəsaiti çapdan çıxıb.
Dərs vəsaitində müqayisəli hüquq anlayışı, predmeti və mahiyyəti araşdırılır. Kitabda müqayisəli hüquqşünaslığın yaranma tarixi, formalaşması, təkmilləşmə prosesi, onun metod, elm və ya tədris fənni olması məsələlərinə aydınlıq gətirilib, dünyada mövcud hüquq sistemləri, hüquq ailələri, dünyanın hüquq xəritəsi təhlil olunub. Əsas hüquq sistemlərinin oxşar və fərqli cəhətləri araşdırılıb.
Yeni nəşrdə Roma-alman, anqlosakson, dini və ənənəvi hüquq sistemlərinin tarixən dünyanın hüquq mənzərəsində oynadığı rol, müasir qloballaşan dünyada onların inteqrasiyasına nəzər salınıb, beynəlxalq və milli hüquq sistemlərinin qarşılıqlı əlaqəsi və bir-birinə yaxınlaşmasının səbəbləri və nəticələri araşdırılıb.
Vəsaitdən ali məktəblərin hüquq fakültəsinin tələbələri, magistrlər, müəllimlər, hüquqşünas alimlər və geniş oxucu kütləsi istifadə edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.