Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kitabi-Dədə Qorqud”un qrammatikası ilə bağlı tədqiqat əsəri çapdan çıxıb
01.02.2019 14:01
  • A-
  • A
  • A+

“Kitabi-Dədə Qorqud”un qrammatikası ilə bağlı tədqiqat əsəri çapdan çıxıb

“Elm” nəşriyyatında “Kitabi-Dədə Qorqud” dastanının qrammatik tədqiqi (fonetik, morfoloji və sintaktik təhlili)” kitabı çap olunub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsində hazırlanan kitabın redaktoru akademik Möhsün Nağısoylu və professor Sevil Mehdiyevadır.

Nəşrdə ilk dəfə olaraq Azərbaycan folklor xəzinəsinin şah əsəri “Kitabi-Dədə Qorqud” dastanının qrammatikası tədqiq edilib, dastanın qrammatik quruluşunun xalq dili əsasında formalaşması həqiqəti yazılı abidənin dil materialları ilə əsaslandırılıb.

Əsərdən Azərbaycan dilinin tarixi inkişaf qanunauyğunluqları ilə maraqlananlar, elmi işçilər, tələbə və müəllimlər faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: