Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib
14.08.2014 00:00
  • A-
  • A
  • A+

Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib

Azərbaycanın ölməz filosof-şairi Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib. Belə ki, Cənubi Azərbaycanın Urmiya şəhərindən olan tədqiqatçı və şair Əkbər Həmidi Əlyar böyük ədibin mənzum əsərlərindən olan “Peyğəmbər”i fars dilinə tərcümə edib və AMEA Hüseyn Cavidin Ev Muzeyinə, eləcə də muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlıya öz imzası ilə hədiyyə edib.

G.Babaxanlı bildirib ki, Əkbər Əlyar fars dilini və Azərbaycan türkcəsini mükəmməl bilməklə yanaşı, dərin fəlsəfi düşüncəsi onu deməyə əsas verir ki, o “Peyğəmbər”i məhz Cavidin çatdırmaq istədiyi gözəllikdə fars dilli oxuculara təqdim etmək iqtidarındadır.

Qeyd edək ki, artıq Muzeydə Hüseyn Cavid irsinin təbliği sayəsində Şərqə doğru da mühüm addımlar atılmaqdadır.

Ötən gün AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edən tədqiqatçı və şair Əkbər Əlyarın sözlərinə görə, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcək. Bu, H.Cavidi İranda geniş oxucu kütləsinə tanıtmaqla yanaşı, bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: